Əsas səhifə » Cəmiyyət nədir?

Cəmiyyət nədir?

Azer Voice

Bakı,AzerVoice

Eyni coğrafi, sosial və mədəni mühiti bölüşən, qərarlaşmış ictimai münasibətlərə və sosial sistemə malik olan insan birliyi; toplum. Cəmiyyət onu meydana gətirən fərdlərin, sadəcə, məcmusundan ibarət deyildir, müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv sosial-mədəni sistemdir.
Bütöv orqanizm kimi götürülən cəmiyyət bir sıra xassələrə malikdir: özfəaliyyət, öz- özünü təşkiletmə, özünüinkişaf və öz-özünə yetərli olma. Birinci üçəlamət həm bütövlükdə cəmiyyətə, həm də ayrılıqda onun hər sferasına və qruplarına aiddir.
Dördüncü xassə isə yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir.

Cəmiyyətin öz-özünə yetərlik xassəsi o deməkdir ki, sistem fəaliyyəti ilə onun mövcudluğu üçün lazım olan şəraiti yarada və tələbatlarını ödəyə bilir. Hər cəmiyyətin özünəməxsus ictimai institutları, müəyyən strukturu, qərarlaşmış adət-ənənələri, qanun-qaydaları mövcuddur.

Bunlar cəmiyyətin nisbətən sabit olan yönünü təşkil edir. Digər tərəfdən, cəmiyyət daimi dəyişikliklərə məruz qalır. İlk növbədə, cəmiyyəti meydana gətirən fərdlər mütəmadi olaraq dəyişir.
Cəmiyyətin quruluşu, təşkilatı, adət-ənənələri zamanla dəyişikliyə məruz qalır. Buna görə də cəmiyyət daimi olaraq inkişaf edən, dinamik sosial sistem kimi nəzərdən keçirilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice