Əsas səhifə » Buddist türklər: Tobalar kimdir?

Buddist türklər: Tobalar kimdir?

admin

Bakı, AzerPress:

Türklər arasında buddizm 385-550-ci illər arasında Şimali Çində qurulan Toba dövləti dövründə yayılıb. O zamanlar əslən türk olan Tobalar çinlilərdən məmur kimi istifadə edirdilər. Zaman keçdikcə Tobalar buddizmi qəbul etdilər və çinlilərlə qarışdılar.

VIII əsrdə çinlilərlə müttəfiqlik edən və digər türklərlə döyüşən uyğurlar əvvəlcə mani, sonra isə buddizmi qəbul etdilər.

Şərqi Türküstanda yaşayan uyğurlar dinlərini dəyişdirməklə yanaşı, dillərini qoruyub saxlamış və türkcə çoxlu əsərlər yaratmışlar.

banner

Göytürklər isə öz adət və ənənələrinə uyğun gəlmədiyi üçün bu dini qəbul etmədilər.

Həqiqətən də türklərin həyata baxışı ilə buddizm arasında böyük fərq var idi. Türklər üçün heyvan əti yemək günah deyil. Əksinə, onların əsas qidası heyvan ətidir, lakin buddizmdə beş böyük günahdan biri canlıları, o cümlədən heyvanları öldürmək idi. Bu səbəbdən ovçuluqla məşğul olan türklər buddizmlə uyğunlaşa bilmədilər və buna görə də həmin din türklər arasında çox yayıla bilmədi.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice