Bakı, AzerVoice Yuxuda dəyirman görmək beş mənada yozulur. Birincisi, yuxu sahibi yuxuda dəyirman görərsə, bəla və sıxıntıdan qurtulacağına və var-dövlətə işarədir.
İkincisi odur ki, yuxuda dəyirman görmək düşmənçilik və qətlə işarədir. Əgər dəyirmanın kimə məxsus olduğu bilinmirsə, düşmənçilik və münaqişə o ərazinin bütün əhalisini əhatə edir.
Əgər yuxuda dəyirman daşının buğdasız və boş qayıtdığını görərsinizsə, bu yuxu sahibinin səyahət edəcəyinə işarədir; Buğda və ya digər taxıllarla fırlandığını görmək isə ümumi vəziyyətin davam etməsinə dəlalət edir.
Yuxuda dəyirmanı olmayan evdə dəyirman görmək, o evə qarşı düşmənçiliyə dəlalət edir. Dəyirmanda buğda, arpa və ya faydalı bir şeyin üyüdüldüyünü görmək yuxu sahibinin işinin asanlığına, ruzisinin genişliyinə, xəstəliklərdən sağalmasına işarədir.
Yuxuda dəyirmanın sındığını görmək qəmdən qurtulmağa işarədir. Əgər bir məhbus bu yuxunu görərsə, zindandan azad ediləcəyinə işarədir.
Subay kişi yuxuda dəyirman aldığını görsə, bu evliliyə işarədir.
Yuxuda yel dəyirmanı görmək isə fasiləsiz düşmənçiliyə
işarədir.
Yuxuda yel dəyirmanının yelkənlərinin rənglənmiş və naxışlı
olduğunu görmək yaxşı yaşamağa, məqsədə çatmağa işarə edir.
Yuxuda dəyirmançı görmək, öz ruhunu qidalandırmaqla məşğul olan
adama işarədir.
Yuxuda qoca dəyirmançı görmək, dəyirmanda çəkilən unun
miqdarından asılı olaraq yuxu sahibinin dünya malına meyilliyinə
dəlalət edir. Yuxuda gənc dəyirmançı görmək isə ruzinizin düşmən
tərəfindən təmin olunacağına işarədir.
Əgər bir qadın yuxuda taxıl üyütdüyünü görərsə, bu yuxu onun
kədərinin gedəcəyinə, təmizliyə işarədir.
Yuxuda çoxlu un üyüddüyünü görmək, özünüz üçün kifayət qədər qazanc
əldə edəcəyinizə işarədir.