8
BAKI, AzerVoice
Yəmənin "Ənsar Allah" hərəkatı İsrailin Təl-Əviv bölgəsində yerləşən hərbi obyektə hava zərbəsi endirib.
AzerVoice xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə məlumat verib.
“Yəmən Silahlı Qüvvələri, İsrailin işğal altında saxladığı Yaffa bölgəsində (Təl-Əviv nəzrdə tutulur red.) yerləşən hərbi obyektə PUA ilə hücum edib", - deyə məlumatda bildirilib.
Bundan əlavə, o qeyd edib ki, Yəmənin Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri Qırmızı dənizdə yerləşən iki Amerika esminesinə qarşı birgə əməliyyat keçiriblər.