Əsas səhifə » ABŞ Husilərin hərbi obyektlərinə hava zərbələri endirib

ABŞ Husilərin hərbi obyektlərinə hava zərbələri endirib

BAKI, AzerVoice

ABŞ Husilərin hərbi obyektlərinə hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, ABŞ Hərbi Hava Qüvvələri, Yəmənin paytaxtı Səna şəhərində yerləşən və hazırda Husilərin nəzarətində olan Əd-Dayləmi hərbi hava bazasına bir neçə hava zərbəsi endirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Yəməndə husilərin nəzarəti altında olan əraziyə raket zərbəsi endirmişdi. Nəticədə bir nəfər həlak olub, dörd mülki şəxs yaralanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice