Əsas səhifə » ABŞ Yəmən ərazisinə hava zərbəsi endirib

ABŞ Yəmən ərazisinə hava zərbəsi endirib

BAKI, AzerVoice

ABŞ Yəməndə husilərin nəzarəti altında olan əraziyə raket zərbəsi endirib.

AzerVoice xəbər verir ki, bu haqda nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

Məlumata əsasən, hava hücumu nəticəsində bir nəfər həlak olub, dörd mülki şəxs yaralanıb.

Bundan əvvəl bildirirlmişdi ki, ABŞ döyüş təyyarələri Yəmənin paytaxtı Səna ilə yanaşı, Səda, Hudeydə, Cavf və Əmran əyalətlərinə onlarla hava zərbəsi endirib.

ABŞ döyüş təyyarələri Sənanın beynəlxalq hava limanına 2, Sənanın mərkəzindəki Təhrir rayonuna isə 1 hava zərbəsi endirib.

Husilərin əl-Mesirah televiziyasının internet saytında yayımlanan xəbərə görə, hava limanındakı vəziyyətlə bağlı məlumat verilməsə də, Təhrirə hücumda vətəndaşların evlərinə və iş yerlərinə ziyan dəyib.

Xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice