Əsas səhifə » İsrail ordusu Yəməndən atılan iki raketi vurub

İsrail ordusu Yəməndən atılan iki raketi vurub

Bakı, AzerVoice

İsrail ordusu bu gün Yəməndəki Husilərin atdığı iki raketi vurub.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusu məlumat verib.

Belə ki, raketlər vurulmadan əvvəl, ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları səsləndirilib.

Husilər bu gün, Ben Qurion hava limanını, bir hərbi obyekti və bir Amerika təyyarədaşıyan gəmisini hədəfə aldiqlarını bildriiblər.

İsrailin polis əməkdaşları, raket qalıqlarının axtarıldığını bildirib.

Xatırladaq ki, bundan əvvəl Husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice