Əsas səhifə » Husilərin hücumlarına cavab verməyə hazırıq - Yəmən MN

Husilərin hücumlarına cavab verməyə hazırıq - Yəmən MN

Bakı, AzerVoice

Silahlı qüvvələrimiz Husilərin hər hansı hücumuna və təxribatına qarşı cavab verməyə hazırdır.

AzerVoice xəbər verir ki, bu barədə Yəmənin Müdafiə Naziri, General-leytenant Mohsin Məhəmməd əl-Daerinin verdiyi açıqlamada deyilir.

Bu açıqlama, ABŞ-ın martın 15-də Husilərin ticarət gəmiləri və Qırmızı dənizdə beynəlxalq nəqliyyatı hədəf alan davamlı hücumlarına cavab olaraq böyük miqyaslı hərbi əməliyyat başlatmasından sonra verilib.

Əl-Daeri bildirib ki, Yəməndəki humanitar və iqtisadi vəziyyətin pisləşməsindən tam məsuliyyət daşıyır.

Nazir, həmçinin İranla əlaqəli Husilərinin bütün sülh təşəbbüslərini rədd etdiyin, bu prosesin yəmənlilərin həyatına zərər verdiyini və beynəlxalq təhlükəsizliyi təhdid etdiyini bəyan edib.

"Hökumətin, Yəmən xalqının əziyyətini yüngülləşdirmək və Səudiyyə Ərəbistanı ilə Legitimliyə Dəstək Koalisiyasının apardığı sülh səylərinə cavab olaraq güzəştlər etməsinə baxmayaraq, Husilər təkəbbürlə müqavimət göstərməyə davam edir. Onlar bu təşəbbüsləri rədd etdilər və hücumları artıraraq yaşayış məntəqələrini, neft infrastrukturlarını hədəf aldılar və qlobal təhlükəsizliyi pozdular",- deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice