Əsas səhifə » ABŞ Husilərə qarşı hərbi əməliyyatlara başlayır

ABŞ Husilərə qarşı hərbi əməliyyatlara başlayır

Bakı, AzerVoice

ABŞ Yəməndə Husilərə qarşı hərbi əməliyyatlara başlayır.

AzerVoice-un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp, Yəməndəki Husi hərəkatına qarşı hərbi əməliyyatların başlanması barədə ABŞ Silahlı Qüvvələrinə əmr verib.

Tramp, Truth Social platformasında yaydığı bəyanatında, ABŞ ordusuna husilərə qarşı qəti və güclü hərbi əməliyyatlar keçirməyi tapşırdığını bildirib. O, husilərin Amerikanın və digər ölkələrin gəmilərinə, təyyarələrinə və pilotsuz uçuş aparatlarına qarşı genişmiqyaslı piratlıq, zorakılıq və terror kampaniyası apardığını vurğulayıb.

Qeyd edək ki, bölgədə gərginliyin artdığı bir vaxtda ABŞ-ın husilərə qarşı yeni hərbi strategiya həyata keçirməsi, Yaxın Şərqdəki güc balansına təsir edə biləcək mühüm bir amil kimi qiymətləndirilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ husilərin Hodeyda vilayətində yerləşən silah anbarları və pilotsuz uçuş aparatları üçün naviqasiya avadanlıqları yerləşən keçmiş hərbi-dəniz bazasına hava hücumu etişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice