Əsas səhifə » Yəməndə 6,2 milyon qadın zorakılıq riski altındadır - BMT

Yəməndə 6,2 milyon qadın zorakılıq riski altındadır - BMT

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) Yəməndə 6,2 milyon qadın və qızın zorakılığa məruz qalmaq riski ilə üzləşdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, ölkədə 10 ildən çox davam edən müharibə nəticəsində aclıq və səhiyyə sisteminin çökməsi qadınları daha da həssas vəziyyətə salıb.

UNFPA Yəmən ofisinin bəyanatında qeyd olunur ki, Yəməndəki humanitar böhran qadınları şiddət və istismara daha çox məruz qoyur. Bundan əlavə, reproduktiv sağlamlıq xidmətlərinə məhdud çıxışı olan təxminən beş milyon qadın və qızın həyati tibbi yardıma ehtiyacı var.

BMT-nin Fövqəladə Yardım Koordinatoru Tom Fletcher Yəmənin Yaxın Şərqdə ən yüksək ana ölüm nisbətinə sahib olduğunu bildirib və bu vəziyyətin ciddi humanitar müdaxilə tələb etdiyini vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice