Bakı, AzerVoice
ABŞ ilk dəfə olaraq Yəməndəki “Ənsarullah” husi hərəkatının hərbi obyektlərinə hava zərbələri endirib.
AzerVoice-un məlumatına görə, ABŞ-ın qırıcı təyyarələri husilərin Hodeyda vilayətində yerləşən silah anbarları və pilotsuz uçuş aparatları üçün naviqasiya avadanlıqları yerləşən keçmiş hərbi-dəniz bazasını hədəfə alıb. Bu baza Qırmızı dəniz sahilində, Əl-Qatib rayonunda yerləşir.
Qeyd edək ki, İsrail və HƏMAS arasında 19 yanvar tarixində imzalanan Qəzza zolağında atəşkəs rejimi qüvvəyə mindikdən sonra husilər Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumlarını dayandırmışdı. Lakin 7 martda hərəkatın lideri Əbdül-Malik əl-Husi bəyan edib ki, Qəzzaya humanitar yardımın qarşısı alınarsa, İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başlada bilərlər.