BAKI,AzerVoice
Husilərin terrorçu elan edilməsi onların maliyyələşdirilməsinin qarşısını almaq üçün atılmış addımdır,AzerVocie xəbər verir ki, bunuYəmən Xarici İşlər Naziri Şaya əl-Zindani ABŞ administrasiyasının İran tərəfindən dəstəklənən Husi qruplaşmasını yenidən terror təşkilatı kimi tanıması qərarını dəstəklədiklərini bir daha vurğulayıb.
O bildirib ki, bu addım Husilərin maliyyə mənbələrini qurudaraq onların yaratdığı təhlükəni azaltmağa xidmət edəcək.
Əl-Zindani Səudiyyə Ərəbistanının paytaxtı Riyadda ABŞ-ın
Yəməndəki səfiri Stiven Faqinlə görüşüb. Rəsmi Yəmən mənbələrinin
verdiyi məlumata görə, görüş zamanı nazir Vaşinqtonla müxtəlif
sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Yəməndə oyun bitdi…husilər tarixin qaranlığına
gömülür
ABŞ səfiri həmçinin Yəmən parlamentinin spikeri Sultan
əl-Barakani ilə görüşərək ölkədəki son hadisələri və sülh səylərini
müzakirə edib.Faqin, ABŞ-ın Yəmən Prezidentlik Şurası və hökumətinə
dəstəyini bir daha təsdiqləyərək müxtəlif sahələrdə əməkdaşlığın
davam edəcəyini bildirib. Öz növbəsində, Barakani də Husilərin
terrorçu elan edilməsini dəstəkləyərək, beynəlxalq ictimaiyyəti bu
silahlı qruplaşmaya qarşı birlikdə mübarizə aparmağa
çağırıb.
Husilər kimlərdir?
Husilər (Ənsarullah olaraq da tanınır) Yəməndə fəaliyyət göstərən şiə Zeydi hərəkatıdır. Onlar İran tərəfindən dəstəklənir və 2014-cü ildən etibarən Yəmənin paytaxtı Sənanı ələ keçirərək ölkədə vətəndaş müharibəsinə səbəb olublar.
Husilərin mənşəyi və ideologiyası
1970-ci illərdə Zeydi şiə cərəyanının güclənməsi ilə yanaşı Husilərin əsası qoyulub. 1990-cı illərdə Husilər Zeydi kimliyini qorumaq və Səudiyyə Ərəbistanının bölgədəki təsirinə qarşı çıxmaq üçün aktivləşiblər.
Liderləri Hüseyn Bədrəddin əl-Husi olub, lakin o, 2004-cü ildə
Yəmən hökumət qüvvələri tərəfindən öldürülüb.
Yəmən ətəndaş müharibəsi və husilərin
irəliləyişi
2014-cü ildə Husilər Səna şəhərini ələ keçirərək Yəmən
hökumətini devirdilər.2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərlik
etdiyi Ərəb Koalisiyası Husilərə qarşı hərbi müdaxiləyə
başladı.
İran Husiləri maliyyə, silah və texniki dəstək baxımından
gücləndirdi.
Husilər Səudiyyə Ərəbistanına, BƏƏ-yə və Qırmızı dənizdə beynəlxalq
gəmiçiliyə qarşı PUA və raket hücumları həyata keçirməyə
başladılar.
Husilərin terrorçu elan edilməsi
ABŞ 2021-ci ildə Husiləri terror təşkilatları siyahısına əlavə etdi, lakin sonradan bu qərarı humanitar səbəblərə görə geri götürdü.
2024-cü ildə Husilər yenidən terror təşkilatı kimi tanındı.
BMT və beynəlxalq qurumlar Husiləri insan haqlarını pozmaqda və müharibə cinayətlərində ittiham edir.
Hazırkı vəziyyət
Husilər hələ də Yəməndə şimal bölgələrinə nəzarət edir və hökumətə qarşı mübarizə aparırlar.
ABŞ və Qərb ölkələri Husilərin İranın bölgədəki proksi qüvvəsi olduğunu və regional təhlükəsizliyə təhdid yaratdığını bildirirlər.Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşması Yəməndə sülh perspektivlərinə təsir edə bilər.