Əsas səhifə » ABŞ və İngiltərə Yəmənə hücum edib - Husilər

ABŞ və İngiltərə Yəmənə hücum edib - Husilər

Bakı, AzerVoice

Yəmənin paytaxtı Sənada həyata keçirilən yeni hava hücumuna görə Husilər ABŞ və Böyük Britaniyanı ittiham ediblər.

AzerVoice xəbər verir ki, bu barədə Husi qruplaşmasının açıqlamasında deyilib.

Hücumla bağlı nə İsrail, nə ABŞ, nə də Böyük Britaniya tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Sənada yaşayan bir sakin AFP-yə verdiyi açıqlamada partlayışı eşitdiyini və evinin silkələndiyini bildirib. Bu hücum, İsrailin bir gün əvvəl Yəməndə müxtəlif hədəflərə qarşı həyata keçirdiyi hava hücumlarından sonra baş verib. İsrailin həmin hücumlarında 6 nəfər, o cümlədən 4 nəfər Səna hava limanında həyatını itirmişdi.

Husilər, xüsusilə Qəzzada başlayan müharibədən sonra İsrailə qarşı raket və PUA hücumları təşkil edərək, fələstinlilərə dəstək verir. Qrup, İranın rəhbərlik etdiyi "müqavimət oxu" çərçivəsində ABŞ və İsrailə qarşı mövqelərini gücləndirib. Husilər, həmçinin Qırmızı dəniz və Ədən körfəzindən keçən beynəlxalq ticarət gəmilərini hədəf alır. Bu hücumlar ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə qarşı hərbi cavablarına səbəb olub.

Qeyd edək ki, İsrail də husilərə qarşı hava hücumlarını intensivləşdirib. Ən ağır hücumlardan biri keçən cümə axşamı baş verib. İsrail həmin hücumlarda Səna hava limanını və Hodeyda əyalətindəki enerji obyektlərini hədəf alıb. İsrailin məlumatına görə, husilər oktyabr ayından bəri yüzlərlə ballistik raket və PUA ilə İsrail şəhərlərini, məktəbləri və beynəlxalq ticarət gəmilərini hədəf alıblar.

Digər Kateqoriyalar

2024 © Azervoice