Bakı, AzerVoice
İsrailin müdafiə naziri Yisrael Katz bu gün (cümə axşamı) bildirib ki, İsrailin ” uzun” əli Yəməndəki Husi liderlərinə çatacaq.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Katz, “X” platformasında öz hesabında yerləşdirdiyi videoklipdə əlavə bunları qeyd edib.
“Husi (terrorçu) liderlərinə xəbərdarlıq etdim ki, İsrail onlara çatacaq və İsrailə qarşı əl qaldıranın əli kəsiləcək. Biz bütün gücümüzlə zərbə endirəcəyik və İsrailin təhdid edilməsinə imkan verməyəcəyik””-deyə o bildirib.
Yəmənin paytaxtı Səna, Hudeydə və Yəmənin qərbindəki Ras İsa
limanı bu səhər (cümə axşamı) səhər tezdən İsrailin bir sıra
basqınlarına məruz qalıb.
Husi mediası Sənaya edilən basqınların Həziz və Zəhban gücünü hədəf
aldığını bildirib və nəticədə doqquz nəfərin öldürüyü qeyd
olunub.
İsrail ordusunun rəsmi sözçüsü Avichai Adraee, “X” platformasında yayımlanan açıqlamada, “Hücum planları Müdafiə Naziri tərəfindən təsdiqləndikdən sonra Kəşfiyyat İdarəsi və Dəniz Qüvvələrinin rəhbərliyi altında Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən Husi mövqelərinə hücum edildiyini bildirib”