28
Bakı, AzerVoice
Yəmən ordusu İranın dəstəklədiyi Husi milislərinin səfərbərliyi və müharibəni yenidən alovlandırmağa hazır olması barədə xəbərdarlıq edib.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bunu Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Abdo Məcali deyib.
O qeyd edib ki, husilər müxtəlif döyüş cəbhələrində yaşayış məntəqələrini və hərbi mövqeləri artilleriya və pilotsuz təyyarələrdən atəşə tutur.
O, bunu husilərin müharibəyə qayıtmağa hazırlığının bir hissəsi kimi şərh edərək, onları “Yəməndəki münaqişəni bitirmək və sülhə nail olmaq üçün bütün regional və beynəlxalq səyləri” dayandırmaqda günahlandırıb.