Əsas səhifə » Məsud Pezeşkian kimdir?

Məsud Pezeşkian kimdir?

BAKI,AzerVoice

İyunun 28-də İranda keçiriləcək prezident seçkilərində ilk dəfə namizəd olan Pezeşkian müxtəlif siyasi vəzifələrdə çalışmış şəxs kimi digər aparıcı namizədlərlə yarışacaq.

İranın 12 üzvdən ibarət seçkilərə nəzarət orqanı olan Konstitusiyanın Keşikçilər Şurası şənbə günü baş tutacaq prezident seçkilərində hərtərəfli yoxlama prosesindən sonra 6 nəfərin namizədliyini təsdiqləyib. Təsdiq edilən namizədlər arasında keçmiş səhiyyə naziri, təcrübəli parlament üzvü, eyni zamanda parlament sədrinin müavini vəzifəsində çalışmış Məsud Pezeşkianın da adı var.

Ölkənin ən yüksək nəzarət orqanı tərəfindən təsdiq edilmiş namizədlərə bu ay səsvermədən əvvəl təşviqat aparmaq və prezident debatlarını keçirmək üçün iki həftə vaxt verilib.

1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olan Pezeşkian İran parlamentində məclis üzvü kimi təbrizliləri təmsil edib.

Pezeşkian kimdir?

Məsud Pezeşkian prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Pezeşkiyan 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərdə millət vəkili seçilib. O, həmçinin 2016-2020-ci illərdə birinci vitse-prezident vəzifəsində çalışıb.

Ürək cərrahı olan Pezeşkian əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb və hazırda İranın şimalındakı bu nüfuzlu universitetin akademik heyətində işləyir.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşiyan idarəçiliyində təcrübəli və bilikli insanlara vəzifə verilməsinin vacibliyini vurğulayaraq, planlarını açıqlayıb.

Pezeşkian həmçinin İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib və İranın keçmiş xarici işlər naziri Cavad Zərifi ölkənin xarici işlər nazirliyinə rəhbər seçəcəyini bəyan edib.

İyunun 1-də, qeydiyyatın üçüncü günü, Pezeşkian rəsmi olaraq Tehranda Daxili İşlər Nazirliyində bir qrup tərəfdarı ilə yüksək liderlik vəzifəsi uğrunda yarışa qoşulub. Pezeşkian ölkədəki bütün siyasi qruplar arasında birlik və ardıcıllığın vacibliyini vurğulayaraq, siyasi əlaqələrdən daha çox səriştə, bacarıq və təcrübənin vacibliyini vurğulayıb.

Məsud Pezeşkian həmçinin prezident İbrahim Rəisi və ətrafının helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib, İslam İnqilabının Rəhbəri,ölkə konstitusiyasının müəyyən etdiyi yol xəritəsinin izlənilməsinin vacibliyini vurğulayıb və onların effektiv şəkildə həyata keçirilməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice