Bakı,AzerVoice, ArabAZ
Suriya müxalifət qüvvələri Bəşər Əsəd rejiminin devrilməsindən
sonra Suriya həbsxanalarında saxlanılan on minlərlə məhbusu azad
edib. Xalqının İranın maraqlarına qurban verən Əsəd isə Rusiyaya
qaçıb.
Ötən bazar günündən etibarən azad edilmiş məhbusların şəkilləri və hekayələri ictimaiyyətə yayaılmağa başladı, çünki onlar rejimin həbsxanalarında qeyri insani şəraitdə və dözlməz şərtlərdə saxlanılırdılar.
Son günlər sosial mediada ən çox yayılan şəkillərdən biri 1981-ci ildə 27 yaşında həbs edilən və nəhayət azadılğa buraxılan pilot Rəqid əl-Tatarinin görüntüləridir.
Əl-Tatari 43 ildən sonra işığ üzü gördü. Əsəd ailəsinə YOX deyən bilən cəsur insan sonunda azdlığına qovuşa bildi.
Əl-Tatari kimdir?
Rəqid əl-Tatari 1955-ci ildə Dəməşqdə anadan olub. Onun türkmən olduğunu iddia edənlər də var. O, iyirmi yaşında Suriya Hərbi Hava Qüvvələrində pilot olub.
Xəbərlərdə deyilir ki, o, Həma əyalətindəki obyektləri bombalamaqdan və ya ordudan ayrılan həmkarları haqqında məlumat verməkdən imtina etdikdən sonra Suriya hökuməti onu zabit və hərbi pilot kimi işindən azad edib. Bundan Bəşşar Əsədin atası Hafiz Əsədin hakimiyyət illərində yaşanıb.
Həbs olunacağını bilən, Rəqid ailəsi ilə birlikdə 1980-ci ildə İordaniyaya, sonra isə Misirə getməyə məcbur oldu və 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatına sığınacaq üçün müraciət etdi, lakin bu məsələ rədd edildi.
Bu, onu 1981-ci il noyabrın sonlarında ölkəsinə qayıtmağa məcbur etdi və burada Hafiz Əsəd rejimi tərəfindən Dəməşq Beynəlxalq Hava Limanında həbs edildi.
İnsan haqları təşkilatları Əl-Tatarini “Suriyada ən uzun siyasi həbs müddətini” keçirmiş hesab edir və o, sosial media istifadəçilərinin dediyi kimi “məhbusların komandiri” kimi tanındı.
Əl-Tatari vəhşicəsinə işgəncələrə məruz qaldı. Əvvəlcə Baş
Kəşfiyyat Həbsxanasına aparıldı daha sonra isə, Mezzeh Hərbi
Həbsxanasına göndərildi. Onun ölkənin deməık olar ki bütün
həbsxanalarında olduğu deyilir.
1982-ci ildə bir neçə hərbi məhkəmə qarşısına çıxarılana qədər ona
qarşı heç bir ittiham irəli sürülmədi.Lakin o azadlığa da
buraxılmadı.
Kəşfiyyat şöbələrinin zirzəmilərində çətin bir dövr keçirdikdən sonra Mezzeh Hərbi Həbsxanasına qədər dəhşətli amansızlıq “səyahəti” başladı. Əl-Tatari 1982-ci ildə dəhşətli səhra həbsxanasına Palmiradakı həbsxanaya köçürüldü və 21 il orada qaldı.
Bundan sonra o, Saydnaya Hərbi Həbsxanasına köçürüldü və burada həbsxana tarixinin ən çətin 10 ilini keçirdi, bu müddət ərzində məhbuslar üsyan qaldırdılar və son dərəcə vəhşiliklə üzləşdilər.
2011-ci ildə Əl-Tatari Daxili İşlər Nazirliyinin nəzarəti altında olan Adra şəhərindəki Dəməşq Mərkəzi Həbsxanasına köçürüldü, burada qohumları və dostları ilə görüşə bilməyib və həbs olunan digər məhbuslar kimi dəhşətli şəraitdə yaşayıb.