Əsas səhifə » Feridun Sinirlioğlu kimdir?

Feridun Sinirlioğlu kimdir?

Bakı,AzerVoice

Türkiyənin namizədi, təqaüddə olan səfir Feridun Sinirlioğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi seçilib. Səfir Sinirlioğlu Təşkilatın əsasını təşkil edən 1975-ci il Helsinki Yekun Aktının 50 illik tarixində ATƏT-in baş katibi vəzifəsini icra edən ilk Türkiyə vətəndaşı olub.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, dekabrın 5-6-da Maltada xarici işlər naziri Hakan Fidanın iştirak etdiyi ATƏT Nazirlər Şurasının 31-ci iclasında təqaüddə olan səfir Sinirlioğlunun ATƏT-in baş katibi vəzifəsinə seçilməsi qərara alınıb.

Feridun Sinirlioğlu kimdir?

Feridun Sinirlioğlu 30 yanvar 1956-cı ildə Giresunun Görele rayonunda məmur ailəsinin övladı olaraq anadan olub. Səfir Feridun Sinirlioğlu beynəlxalq əlaqələr və diplomatiya sahəsində 40 ildən çox təcrübəyə malikdir. 2015-ci ildə yaradılmış müvəqqəti hökumətdə xarici işlər naziri, 2015-2016 və 2009-2015-ci illərdə isə Xarici İşlər Nazirliyinin müşaviri vəzifələrində çalışıb. 2016-2023-cü illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb. 2023-cü ildə o, BMT-nin Baş Katibi tərəfindən Əfqanıstanın Müstəqil Qiymətləndirilməsi üzrə Xüsusi Koordinator vəzifəsinə təyin edilib.

Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Departamentində doktorluq dərəcəsi alan səfir Sinirlioğlu bakalavr təhsilini Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində tamamlayıb.

O, səfir Ayşe Sinirlioğlu ilə evlidir və iki övladı var. İngilis və Alman dillərini mükəmməl bilir.

Digər Kateqoriyalar

2024 © Azervoice