Bakı,AzerVoice
İslam dövlətlərində fəth olunan bölgələr və qazanılan zəfərlərdən xəbər verən məktub və fərmanlar, həmçinin bu fəthləri təsvir edən tarix əsərləri üçün istifadə olunan termin.
Abbasilərin II əsrindən etibarən hökmdarların qazandıqları zəfərdən sonra ölkə daxilində və xaricində güclərini nümayiş etdirmək məqsədilə dost və düşmən dövlətlərə elçi heyəti ilə birlikdə göndərdikləri bu məktublar, göndərilən dövlətlə münasibətə əsasən “zəfərnamə” və yaxud “təhdidnamə” də adlandırılmışdır.
Döyüşdən dərhal sonra yazıldığı və döyüş haqqında məlumatları da ehtiva etdiyi üçün fəthnamələr aid olduqları dövrün tarix əsərləri sayılsalar da, bəzən tarixi obyektivlikdən uzaq məlumatlar əks etdirdikləri görə, müstəqil mənbə kimi istifadə olunmur.
Fəthnamə nədir?
1 087