Bakı,AzerVoice
İran mifologiyası qədim İranda yayılmış bir mifologiyadır. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir.
Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı “Şahnamə”dir. Firdovsinin əsəri təkcə “Avesta”dan deyil, həm də “Bundahişn” və “Denkard” kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə “Avesta”dır.
İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır.İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Bütün bunlarla yanaşı müasir İraqnda yayğın olan mifologiyalarda türk miflərinə də rast gəlmək olur və hətta türk miflərinin şəhər insanları arasında daha yayğın olduğunu görmək olur.
AzerVoice İranda yayğın olan mifiloji “varlıqlar” haqqında məlumataları mütəmadi olaraq təqdim edir.
İranın Şimal –Şərqində əsasən də, Xorasanda əahli arasında belə bir inanc var ki, Herç adında yarı tülkü, yarı meymun bir məxluq yaşamaqdadır. İnsanlar düşünür ki bu məxluq insna üçün təhlükəli olmsa da qoyunlara ziyan vurur. Belə ki, qoyunlar örüşdən qayıtdıqdan sonra Herç onları qorxudur. Bu da qoynun arıqlaması ilə nəticələnir. Yerli xalq arasında belə bir inanc da var ki, güya Herçi görən olub və hətta onu tutanlar da var. Lakin bu vaxta qədər Herçin mövcudluğa haqqında heç bir yazılı ədəbiyyatda rast gəlinməyib.Herş əsasən şifahi xalq ədəbiyyatı obrazıdır.