Əsas səhifə » Vaşinqton "Hizbullah"ın silahsızlandırılmasından başqa bir alternativ qəbul etməyəcək

Vaşinqton "Hizbullah"ın silahsızlandırılmasından başqa bir alternativ qəbul etməyəcək

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Keçən həftə Livan prezidenti Cözef Aun bəyan etdi ki, Beyrut İran tərəfindən dəstəklənən şiə silahlı qruplaşması Hizbullahın silahlarını güc yolu ilə əlindən almaq niyyətində deyil.

“Dövlətin silah üzərində nəzarətini təmin etmək üçün daha çox dialoq və danışıqlar yolu ilə Hizbullahın silahı könüllü olaraq təhvil verilməsinə çalışılacaq”-deyə o bildiridi.

Bu yanaşmanın – mümkün qanlı qarşıdurmadan yayınmağa hesablanmış bu modelin – ABŞ və İsrail tərəfindən rədd ediləcəyi gözlənilir. Çünki bu strategiya Livanın suverenliyini bərpa etmək sahəsində əldə etdiyi mühüm irəliləyişləri təhlükə altına ala bilər.

Prezident Aun olduqca çətin bir vəziyyətlə üz-üzədir. 2024-cü ilin noyabrında İsraillə Hizbullah arasında baş vermiş müharibəyə son qoyan atəşkəs razılaşmasına əsasən, Livan hökuməti BMT Təhlükəsizlik Şurasının 17011559 saylı qətnamələrini icra etməyi öhdəsinə götürüb. Həmin qətnamələr Livandakı bütün silahlı qrupların tərksilahını tələb edir. Hizbullah isə yalnız Litani çayının cənubunda yerləşən mövqelərindən çəkilməyi qəbul etsə də, digər ərazilərdəki silahlarına toxunulmasını istəmir.

Noyabr atəşkəsindən sonra Livan ordusu sərhəddə Hizbullahın infrastrukturuna yönəlik addımlar atdı və silahlarını müsadirə etməklə öhdəliklərini yerinə yetirməyə başlayıb. Lakin Beyrut, həm ordudakı əsgər çatışmazlığı, həm də yeni bir məzhəb əsaslı vətəndaş müharibəsinin başlanmasından ehtiyat etdiyi üçün Litani çayının şimalındakı Hizbullah silahlanmasına qarşı tədbir görməkdən çəkinib.

Digər tərəfdən, İsrail isə atəşkəs razılaşmasının öz şərhinə əsasən Hizbullahın resurslarını və döyüşçülərini hədəf almağa davam edir.

Qarşıdurmadan yayınmaq istəyən Aun, Livan siyasi sisteminə xas olan “milli dialoq” metoduna müraciət edib. O, Hizbullahla ikitərəfli danışıqlar aparmaq təklifini irəli sürərək təşkilatın silahsızlanması ilə bağlı razılığa gəlməyə ümid edir.

2005-ci ildən bu yana "Hizbullah" hökumət və digər siyasi qüvvələrlə “milli müdafiə strategiyası” adı altında mütəmadi dialoqlarda iştirak edib. Lakin bu müzakirələr nəticəsiz qalıb. Əsas səbəblərdən biri Hizbullahın silahı müzakirə mövzusuna çevirməkdən qəti imtina etməsi, digər səbəb isə təşkilatın tənqidçilərinə qarşı sui-qəsd üsullarına əl atması olub. Nəticədə 2025-ci ilə qədər gələn bütün hökumətlər milisin silahlanmasını və “müqavimət" statusunu öz hökumət proqramlarında rəsmən tanımaqda davam ediblər.

2010-cu ildə dəfələrlə dialoq masasına oturan "Hizbullah", yenə də mövqeyindən geri çəkilməyib. 2012-ci ildə o vaxtkı prezident Mişel Süleyman təşkilatın silahının orduya tabe etdirilməsini təklif etmiş, lakin heç bir cavab almamışdı. 2016-cı ildə prezident Mişel Aun "Hizbullahın silahını orduya "tamamlayıcı" kimi qiymətləndirmişdi. Beləcə, illərlə uzanan cəhdlər 2018-ci ildə, təşkilatın Suriyadakı vətəndaş üsyanına qarşı Bəşşar Əsəd rejimini dəstəkləmək üçün döyüşçülər göndərməsi ilə tamamilə çökmüşdü.

Bu gün isə Hizbullah bir daha “dialoq” çağırışına açıq olduğunu bildirir. Hizbullahdan olan deputat İhab Həmadə bildirib ki, bu danışıqlar İsrailə qarşı müdafiəni təmin etmək üçün dövlətin gücünə xalqı inandıracaq yeni "müdafiə strategiyasının" hazırlanmasına yönəlik olacaq. Partiya rəsmiləri, İsrailin işğal altında saxladığı beş təpədən çəkilməsi və Hizbullaha qarşı hücumlarını dayandırması halında silahı təhvil verə biləcəklərini qeyd edirlər. Lakin təşkilatın baş katibi Naim Qasım bu fikri 19 aprel tarixində verdiyi açıqlamada rədd edərək bildirib: “Heç kim müqavimətin silahsızlaşdırılmasına icazə verməyəcək.”

Bununla yanaşı, Hizbullah rəsmiləri bildiriblər ki, danışıqlar yalnız 2026-cı ilin mayında keçiriləcək parlament seçkilərindən sonra başlaya bilər.

Bir çox müşahidəçilərin və ABŞ ilə İsrailin mövqeyi budur ki, "Hizbullah" bu dəfə də dialoq yolunu vaxt qazanmaq üçün bir taktikaya çevirib. Partiyanın, HƏMAS-a dəstək məqsədilə könüllü şəkildə qatıldığı son müharibədə ciddi itkilər verdiyi və indi zaman qazanaraq qüvvələrini bərpa etməyə çalışdığı bildirilir.

Prezident Aun birbaşa qarşıdurmanı ertələməyə çalışsa da, üzərindəki beynəlxalq təzyiqlər artır. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus, Aun və Livan hökumətinə atəşkəs razılaşması çərçivəsində Hizbullah və digər silahlı qrupların tərksilahı ilə bağlı öhdəliklərini yerinə yetirmələri üçün təzyiqləri davam etdirir.

Aunun təşəbbüsü olan milli dialoq və Hizbullah döyüşçülərinin orduya inteqrasiyası ideyası, təşkilatın silahdan könüllü şəkildə imtina etməsinə yönəlmiş xoş niyyətli bir cəhd idi. ABŞ-ın keçmiş Klinton administrasiyası dövründə də bu yanaşma Vaşinqtonun gizli siyasət vizyonunun bir hissəsi olmuşdu. Lakin Aun bilir ki, bu yanaşma Tramp administrasiyası tərəfindən qəbul olunmayacaq.

Təklifi irəli sürdükdən dərhal sonra Aun, "Hizbullah" orduda "Haşdi Şəəbi" modelinə bənzər müstəqil bir vahid şəklində fəaliyyət göstərməyəcək.”-deyə bildirib.
“Haşdi Şaabi”, İraqda İran tərəfindən dəstəklənən və Bağdadın nəzarətindən kənarda fəaliyyət göstərən bir milis qüvvəsidir. Hizbullah üzvləri isə fərdi şəkildə Livan ordusuna cəlb ediləcək və vahid halında fəaliyyət göstərməyəcəklər.

Buna baxmayaraq, Hizbullah döyüşçülərinin rəsmi hərbi təlimlə təmin olunması və silahlarını qoruyub saxlamaları ilə nəticələnəcək bu yanaşma, tərksilah hədəfinə çatmağa imkan verməyəcək. Təəssüf ki, bu ssenari heç də təəccüblü deyil. 8 oktyabr 2024-cü ildə – atəşkəsdən az əvvəl və Aunun prezident seçilməsindən üç ay əvvəl – "Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu" üçün yazılmış araşdırma məqaləsində bu ssenarinin ehtimal ediləcəyi bildirilmişdi:
“Livan hakimiyyəti Hizbullahı qıcıqlandırmadan, Qərbi razı salmaq üçün təşkilatı orduya inteqrasiya etdirmək kimi güzəştli bir yol axtara bilər. Lakin bu seçim qəbulolunmaz olacaq.”-deyə məqalədə qeyd olunmuşdu.

Bu fikir 7 ay sonra hələ də eyni dərəcədə mübahisəlidir. Livan bütün milis qruplarının tərksilahını və dövlətin silah üzərində tam nəzarətini təmin etməyə dair öhdəlik götürüb. Bu, ölkənin suveren və funksional bir dövlət kimi formalaşması üçün zəruri şərtdir. İlk dəfə olaraq bu hədəf 2024-cü ilin oktyabr və noyabr aylarında İsrailin hərbi əməliyyatları nəticəsində reallaşa biləcək bir mərhələyə çatıb. Həmin əməliyyatlar Hizbullahı görünməmiş dərəcədə zəiflətdi.

Hizbullahın orduya daxil edilməsi onun potensialını qoruyacaq və Livan ordusunun nüfuzuna zərbə vuracaq. Sonsuz dialoqlar adı altında silahsızlaşdırma prosesinin təxirə salınması Hizbullaha vaxt qazandıracaq və mövcud təzyiqlərdən yayına bilmək fürsəti verəcək.

İndi, Hizbullah və İranlı himayədarları zəiflədiyi bir dönəmdə, Livanın real suverenlik yolunda irəliləməsi üçün unikal bir imkan yaranıb. Vaşinqton Beyrut üzərində təzyiqləri davam etdirəcək. Lakin yekun qərar prezident Aunun və Livan hökumətinin əlindədir. Hizbullah təbii ki, silahsızlaşdırmanı təxirə salmaq və öz gücünü qorumaq üçün dirəniş göstərəcək. Əgər hökumət bu prosesi genişləndirərsə, ölkədə ciddi qarşıdurmalar başlaya bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice