Əsas səhifə » Trampın Mesajı Tehranda: Diplomatik İxtilat, Yoxsa Yeni Gərginlik?

Trampın Mesajı Tehranda: Diplomatik İxtilat, Yoxsa Yeni Gərginlik?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayid Al Nəhyanın diplomatik müşaviri Ənvər Qarqaş İran rəsmilərinə ABŞ prezidenti Donald Trampın mesajını çatdırdığını açıqlayıb. Bu, BƏƏ-nin gələcəkdə Vaşinqton və Tehran arasında yeni nüvə sazişi üçün əlaqə kanalı ola biləcəyinə açıq bir işarədir.

Tramp administrasiyasının İranla əlaqələr üçün BƏƏ-yə etibar etməsi, ölkənin həm ABŞ, həm də İran tərəfindən etibarlı regional tərəfdaş kimi qəbul edilməsinə gətirib çıxara bilər.

BƏƏ Yaxın Şərqdə Vaşinqtonun əsas tərəfdaşlarından biridir və Tehranla da yaxşı əlaqələr saxlayır. İkitərəfli münasibətlərdə əvvəlki dövrlərdə müəyyən soyuqluq yaşansa da, iki ölkə arasındakı ticarət əlaqələri güclü qalmağa davam edib.

BƏƏ-nin VaşinqtonTehran arasında vasitəçilik etməyə uyğun əsas namizəd olmasını dəstəkləyən əsas amil isə bu rola uyğun başqa bir regional tərəfin olmamasıdır. Ölkə, tərəflər arasında gərginliyi artıran qarşılıqlı bəyanatların təsirini azaltmağa və mübahisəli siyasi mövzularda mövqeləri yumşaltmağa diqqət yetirir. Bu, İranın nüvə proqramı ilə bağlı 2015-ci il razılaşmasının yerinə yeni bir sazişin bağlanması üçün vasitəçilik mərhələsinə keçid anlamına gələ bilər.

BƏƏ, Yaxın Şərqdə Vaşinqtonun əsas tərəfdaşlarından biri olmaqla yanaşı, Tehranla da yaxşı münasibətlərini qoruyub saxlayan nadir ölkələrdən biridir.

Aydın görünür ki, Səudiyyə Ərəbistanı bu siyahıda yer almır. Bunun əsas səbəblərindən biri Yəməndəki müdaxiləsini başa çatdırmağa yönəlmiş diqqətidir. Riyad, VaşinqtonTehran arasındakı münasibətlərə müdaxilə edərək husilərlə əlaqələrini gərginləşdirmək və axtardığı siyasi həll yolunu çətinləşdirmək istəmir. Çünki Səudiyyə Ərəbistanı hazırda nəhəng layihələri tamamlamaq və Expo 2030, 2034-cü il FIFA Dünya Çempionatı kimi böyük tədbirlərə ev sahibliyi etmək kimi strateji hədəflərə köklənib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı sadəcə mesaj daşıyan bir vasitəçi olmaq istəməyə bilər. Trampın bir vasitəçi axtardığı, yoxsa sadəcə mesaj daşıyıcısına ehtiyac duyduğu hələ tam məlum deyil. Bununla bağlı qəti fikir söyləmək üçün BƏƏ rəsmisi Ənvər Qərqaşın İranlı həmkarlarına çatdırdığı mesajın məzmununu bilmək lazımdır.

Qətərə gəldikdə isə, Tramp bütün kartlarını eyni tərəfə qoymaq istəmir. O, Qəzza məsələsində vasitəçilik rolunu Dohaya buraxıb. Çünki Qətər bu məsələdə İranla birbaşa və dolayı əlaqələri sayəsində danışıqlar masasında yer alır.

Lakin Qərqaşın Trampın mesajını Tehrana çatdırması o demək deyil ki, Əbu-Dabi sadəcə vasitəçi rolunu oynamaq niyyətindədir. BƏƏ, İranın reaksiyasını gözləyəcək və yalnız bundan sonra bu rolu davam etdirib-etdirməyəcəyinə qərar verəcək.

Əmirliklər bölgədə gərginliyi azaltmaq istəyir, lakin bunu daha geniş razılaşmalar və zəmanətlər əsasında həyata keçirmək niyyətindədir. SEPAH və onun “Qüds” Briqadasının istədiyi vaxt İraqda, Körfəzdə və ya boğazlarda hücumlar təşkil etməsinə imkan verən vəziyyətin yaranmasını istəmir. Xüsusilə də, hazırda müşahidə etdiyimiz husilərin yeni eskalasiyası, demək olar ki, "İranda istehsal olunub" damğası ilə təqdim edilir.

Qərqaşın Tehrana çatdırdığı mesaj, İran üçün təcrid vəziyyətindən çıxmaq və müxtəlif cəbhələrdəki itkilərindən sonra rolunu bərpa etmək üçün ilk addım ola bilər. Eyni zamanda, bu mesaj Tramp administrasiyasının İran üzərindəki maksimum təzyiq siyasətini yumşalda və İsrailin təhlükə yaratmaqla bağlı təhdidlərini azalda bilər.

İranın rəsmi mediası bildirib ki, Əbu-Dabi rəsmisi Ənvər Qərqaş çərşənbə günü İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaei isə görüşün detalları barədə açıqlama verməyib.

Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə məktub göndərdiyini və bu məktubda nüvə sazişi ilə bağlı danışıqlar aparmağı təklif etdiyini açıqlayıb. O, İranın bu çağırışa cavab verməməsinin ciddi nəticələri olacağını vurğulayıb. Tramp əlavə edib: “İranla iki yolla davranmaq olar: ya hərbi müdaxilə, ya da onu nüvə silahına sahib olmağa mane olacaq bir razılaşma bağlamaq.”

Lakin İranın rəsmi mediası çərşənbə günü Xameneinin Trampın təklifini "ictimai rəyə aldatmaca" kimi qiymətləndirdiyini bildirib. Xamenei vurğulayıb ki, “İran hərbi təhdidlərə cavab verməyə qadirdir və bunu mütləq edəcək.

Bundan bir gün əvvəl isə İran prezidenti Məsud Pezeşkian ABŞ-la təzyiq altında danışıqlar aparmayacaqlarını bildirmiş və Trampa nə istəyirsənsə, et cavabını vermişdi.

Trampın İranla yeni bir razılaşma əldə etməyə açıq olduğunu bildirməsinə baxmayaraq, o, birinci prezidentlik dönəmində tətbiq etdiyi "maksimum təzyiq" siyasətini davam etdirir. Bu siyasətin məqsədi İranı qlobal iqtisadiyyatdan təcrid etmək və onun neft ixracını tamamilə dayandırmaqdır.

Tramp 2018-ci ildə İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etmiş və Tehrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi. İran isə bir il sonra saziş üzrə öhdəliklərindən tədricən imtina etməyə başlamışdı.

Tehran nüvə silahı əldə etməyə çalışdığı iddialarını rədd edir. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) keçən ay bildirib ki, İran uranın zənginləşdirilmə prosesini 60%-lik təmizlik səviyyəsinə qədər sürətləndirib. Bu, silah istehsalı üçün lazım olan 90%-ə yaxın bir səviyyədir.

BMT Təhlükəsizlik Şurasının çərşənbə günü İranın nüvə proqramı ilə bağlı keçirdiyi qapalı iclasa toxunan İran xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib ki, bu toplantı “dəvət edən ölkələrin səmimiyyətinə şübhə yaradan yeni və qəribə bir prosesdir.”

İclas Fransa, Yunanıstan, Panama, Cənubi Koreya, Böyük BritaniyaABŞ daxil olmaqla 15 Təhlükəsizlik Şurası üzvündən 6-sının təşəbbüsü ilə keçirilib. Onların narahatlığı İranın zənginləşdirilmiş uran ehtiyatlarını silah səviyyəsinə yaxın həddə çatdırmasıdır.

Araqçi əlavə edib ki, İran yaxın zamanda nüvə sazişinə tərəfdaş olan Avropa dövlətləri – Fransa, Böyük Britaniya və Almaniya ilə beşinci raund danışıqları aparacaq. Bundan əlavə, Rusiya və Çin ilə də cümə günü Pekində görüş planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice