Əsas səhifə » Nəsrullahın Cənazəsi: Husilər Gülüş Hədəfi Oldu

Nəsrullahın Cənazəsi: Husilər Gülüş Hədəfi Oldu

AzerVoice, Analitik Təhlil Mərkəzinin eksperti Hind Əl –Aryani, Yəmənli jurnalist və araşdırmaçı

Husilərin nümayəndə heyətlərinin “Hizbullah”ın keçmiş baş katibi Həsən Nəsrullahın cənazə mərasimində iştirak edəcəyi elan edildikdə, aləm bir-birinə dəymişdi. Husilər az qala bu “şərəfə” nail olmaz üçün öz aralarında böyük rəqabətə başlayacaqdılar.
Çünki hamı bu mühüm mərasimə qatılmaq istəyirdi. Bu tədbirə dini müqəddəslik hissi əlavə olunmuşdu – elə bil, ona qatılmaq Allahın razılığına nail olmaq demək idi. Həsən Nəsrullah israillilər tərəfindən öldürülən dini bir qəhrəman kimi təqdim edilirdi. Ancaq bir çox qurbanlarının gözündə o, Suriyada qətliamlar törədən və Yəməndə zülm və dağıntıya səbəb olan qruplaşmaları dəstəkləyən bir cinayətkar idi.

Bu kimi dini qruplar – husilər və “Hizbullah” – öz liderlərini müqəddəsləşdirirlər. Lider həmişə gizlənməli, yalnız yaxın çevrəsi ilə görüşməli və xalq onun haqqında mistik, ilahi bir fiqur kimi düşünməlidir. Bu cür liderlərdən biri öldükdə, xüsusən də qətlə yetirilmişsə, bu, həm əzəmətli, həm də qorxulu bir hadisəyə çevrilir.

Həsən Nəsrullah kimi bir şəxsin cənazəsinə qatılmaq və bu mərasimə dəvət almaq – istər Yəməndən, istər İraqdan, istərsə də İrandan olsun – sanki ilahi bir lütfə nail olmaq kimi qiymətləndirilirdi. Buna görə də cənazəyə dəvət almayan husilər dəhşətə gəlmiş, aralarında ciddi mübahisələr başlamış və kimlərin seçildiyi ilə bağlı favoritizm iddiaları ortaya çıxmışdı. Nəticədə, “seçilmiş” nümayəndə heyəti tənqid və narazılıq dalğası altında tədbirə yollanmışdı.

Lakin bu nümayəndə heyəti təkcə husilərin öz içində deyil, eyni zamanda “Hizbullah” əleyhdarı olan livanlılar tərəfindən də sərt tənqidlərə məruz qaldı. Husilər cənazəyə ənənəvi yəmən geyimində və xəncərlə qatıldılar, lakin onların geyimi səliqəli deyildi – elə bil, tələsik, plansız şəkildə geyinmişdilər. Nəticədə sosial mediada lağ obyektinə çevrildilər, hətta bəziləri onların yuyunmadığını iddia etdi. Livanlıları maraqlandıran bir sual da bu idi “Onlara necə icazə verildi ki, xəncərlə gəlsinlər, halbuki bu, silah sayılır?”

Yəmənlilər arasında da müxtəlif reaksiyalar yarandı. Bəziləri husilərə ənənəvi yəmən geyimini biabır etdikləri üçün qəzəbləndi və onların orta əsrlərdən gəlmiş insanlar kimi təsvir olunmasını yəmən mədəniyyətinə təhqir kimi qəbul etdilər. Başqaları isə bunun əsas səbəbinin geyim olmadığını, sadəcə husilərin özlərinin nifrət obyektinə çevrildiyini düşündülər. Üçüncü bir qrup isə husilərin sərvətli olmalarına baxmayaraq, təmizlik və zahiri görünüşlərinə laqeyd yanaşdıqlarını vurğuladı.

Bundan başqa, nümayəndə heyətindəki şəxslərdən biri – Ridvan əl-Heymi – xalqın qəzəbinə səbəb oldu. O, husilərin şairi, ali inqilabi komitənin üzvü və beynəlxalq səviyyədə tanınmayan keçmiş “Suriyadakı xüsusi nümayəndə” idi. Beyrutda, “Seyidin Vida Mərasimi” adlanan tədbirdə çıxış edərkən yüksək səslə belə dedi:

Biz şərrin güclərinə – Amerikaya, İsrailə və dünyanın bütün zalımlarına qarşı çıxırıq. Ey Seyid Həsən, sənə Seyid rəhbər Əbdülməlik Bədrəddin Husinin salamlarını çatdırırıq.”

Bundan sonra Hizbullah aşiqləri olan livanlılar “Ləbbeyk ya Husi” deyə qışqırdılar. Heymi bu ifadəyə təəccüblənsə də, çıxışını davam etdirərək dedi:

“Seyid Həsən, biz sənə gəldik, baxmayaraq ki, ölkəmizə qarşı zalım bir müharibə aparılır. Sən hər an bizimlə oldun”

Bu dəfə livanlılar “Ləbbeyk ya Yəmən” deyə səsləndilər. Daha sonra Heymi Həsən Nəsrullahın qisasının alınacağını, ABŞ və İsrailə qarşı sərt tədbirlər görüləcəyini və onlara acı çəkdirəcəklərini vəd etdi.

Lakin Heyminin daha sonra söylədiyi bir cümlə yəmənlilərin qəzəbini coşdurdu:

Yəmən xalqı Livan xalqının yanındadır və nə olursa olsun, Seyid Həsəndən heç vaxt əl çəkməyəcək. Yəmən tamamilə məhv olsa belə, bu mümkün deyil, mümkün deyil, mümkün deyil!

Bu sözlər yəmənliləri qəzəbləndirdi. Onlar soruşdular: “O, yəmənlilərin adından necə danışa bilər?” Bəziləri isə belə dedi: “Əgər Yəmən xalqı bir ağcaqanad olsaydı, bu adam onun adından danışmağa belə haqqı olmazdı.” Başqaları isə Heyminin aşağılıq kompleksindən əziyyət çəkdiyini və yəmənliləri yaşamağa layiq olmayan insanlar kimi gördüyünü bildirdilər.

Bundan əlavə, sosial mediada yayılan bir videoda husilərin rəhbərlərindən biri – Həmud ŞərəfHəsən Nəsrullahın şəxsi mühafizəçisinə onun əlini öpməyə icazə verməsi üçün yalvarırdı. Bu, husilərin sosial mediada geniş şəkildə lağ obyektinə çevrilməsinə səbəb oldu.

“Seyidin Vida Mərasimi” cəmiyyətdə böyük mübahisə, fikir ayrılığı və istehzalar doğurdu. Ancaq bu mərasim bir məqamla da seçildi – Bu qruplaşmaların zülmü altında əzilən, suriyalılar, yəmənlilər, iraqlılar və livanlılar bir arada idi.
Hər nə qədər acı olsada söyləmək lazımdır ki, bəzi ərəb l bu liderləri öz xalqlarının çəkdiyi əzaba sadəcə olaraq göz yumurlar. Həsən Nəsrullahın israillilər tərəfindən öldürülməsini onun Suriyada və Yəməndə törətdiyi cinayətlərin günahlarını yumaq kimi görənlər də var.

Digər Kateqoriyalar

2025 © Azervoice