64
Bakı,AzerVoice
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Rusiya Federasiyasının səfiri İvan Volınkin və Çin Xalq Respublikasının səfiri Qian Naicheng ilə görüşüb.
AzerVoice xəbər verir ki, 2024-cü il sentyabrın 18-də Meredovun iki ölkənin səfiri ilə görüşü olub.
Görüşlər zamanı siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri hərtərəfli müzakirə edilib.
Naicheng ilə görüş zamanı tərəflər “Mərkəzi Asiya – Çin” formatında əməkdaşlığın səmərəliliyini vurğulayıblar.
Bundan əlavə, bu il keçiriləcək birgə tədbirlərə hazırlıq işləri də nəzərdən keçirilib.