Bakı,AzerVoice
2024-cü il noyabrın 1-də Nyu-Yorkda, Türkmənistanın BMT-dəki daimi nümayəndəsinin ofisində Türkmənistan və Lixtenşteyn arasında diplomatik əlaqələrin qurulmasına dair Birgə Bəyannamənin imzalanması mərasimi keçirilib.
AzerVoice xəbər verir ki, imzalanma mərasimindən əvvəl Türkmənistanın BMT-dəki daimi nümayəndəsi Aksoltan Atayeva ilə Lixtenşteynin BMT-dəki daimi nümayəndəsi Kristian Venaveser arasında görüş olub.
Daimi nümayəndələr iki ölkənin dostluq münasibətlərinin möhkəmləndirilməsində, ikitərəfli siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyiblər.
Beynəlxalq təşkilatlar, xüsusilə də BMT platformasında əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkilib.
Tərəflər BMT-nin gündəliyindəki Türkmənistan və Lixtenşteynə aid məsələləri, xüsusilə sülh və etimadın möhkəmləndirilməsi, qabaqlayıcı diplomatiyanın təşviqi, beynəlxalq idman əlaqələri və digər davamlı inkişaf məsələlərini müzakirə ediblər.