Əsas səhifə » İstanbulda ard-arda zəlzələlər davam edir

İstanbulda ard-arda zəlzələlər davam edir

BAKI, AzerVoice

İstanbulda 3,7 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Təcili Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 17:52-də qeydə alınıb və yerin 7 kilometr dərinliyində baş verib. Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 4,0 bal olaraq açıqlayıb.

Hazırda dağıntı və ya itki ilə bağlı rəsmi məlumat verilməyib. Təhlükəsizlik qurumları vəziyyəti izləməkdə davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice