Əsas səhifə » İstanbuldakı zəlzələdən sonra 7 bina zərər çəkib

İstanbuldakı zəlzələdən sonra 7 bina zərər çəkib

BAKI, AzerVoice

İstanbulda 6,2 bal gücündə baş verən zəlzələdən sonra 7 bina zərər çəkib.

AzerVoice-un xəbərinə görə, İstanbulun Silivri sahillərində baş verən zəlzələdən sonra İstanbulun müxtəlif rayonlarında 7 binada struktur zədələnməsi qeydə alınıb. Bu binalardan 3-ü Fatih rayonunda yerləşir.

Fatih Bələdiyyəsinin Tikinti Nəzarət İdarəsinin əməkdaşları bu üç binanı möhürləyərək boşaldıblar.

Boşaldılan binalarda yaşayan sakinlərdən biri bildirib ki, kolonlarda çatlama aşkar olunub, daha sonra isə ailələr evlərdən çıxarıldılar.

Binalarda yaranmış çatlamalar dron vasitəsilə görüntülənib. Qurumlar vəziyyəti yaxından izləyir və təhlükəli hesab edilən strukturların sökülməsi üçün tədbirlər görülür.

Xatırladaq ki, ötən gün İstanbulun Silivri sahillərində 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu zələzlədən sonra yerli vaxtla saat 12:49-da eyni bölgədə 6,2 bal gücündə daha güclü bir zəlzələ baş verib.

Zəlzələ yalnız İstanbulda deyil, ətraf vilayətlərdə də hiss olunub.

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib və 13 saniyə davam edib.

Zəlzələ bölgəsində təhlükəsizlik tədbirləri görülür, müvafiq qurumlar vəziyyəti izləməkdə davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice