Əsas səhifə » İstanbulda daha bir zəlzələ baş verib

İstanbulda daha bir zəlzələ baş verib

BAKI, AzerVoice

İstanbulda 3,7 maqnitudalı zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Fəlakət və Təcili Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 17:52-də baş verib. Zəlzələ yerin təxminən 7 km dərinliyində qeydə alınıb. Kandilli Rəsədxanası zəlzələnin gücünü 4.0 bal olaraq açıqlayıb.

İnsan tələfatı və dağıntılarla bağlı rəsmi açıqlama verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice