Əsas səhifə » Türkiyə Kipr məsələsində vahid mövqe nümayiş etdirir - Fidan

Türkiyə Kipr məsələsində vahid mövqe nümayiş etdirir - Fidan

BAKI, AzerVoice

Bütövlükdə Türk dünyası Kipr Türklərinin yanındadır.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada norveçli həmkarı Espen Barth Eide ilə görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında nazirlər bölgədəki əsas geosiyasi məsələlər və əməkdaşlıq perspektivləri ilə bağlı əhəmiyyətli mesajlar veriblər.

Nazir Fidan çıxışında İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlara toxunub.
“Heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil. İsrailin qanuna və insanlığa zidd hərəkətlərinə dərhal son qoyulmalıdır. Qəzzaya fasiləsiz humanitar yardım axını dərhal başlamalıdır” - deyə o bildirib.

Norveçin Fələstini dövlət kimi tanımasını önəmli bir addım kimi qiymətləndirən Fidan, bu istiqamətdə Norveçlə ortaq perspektivlərinin olduğunu bildirib.

Kipr məsələsinə xüsusi diqqət çəkən Fidan vurğulayıb ki, Türk dünyası Kipr türklərinin haqlı mübarizəsinin arxasındadır. “Türk dünyası bütövlükdə Kipr Türklərinin yanında olmağa davam edəcək. Səbirlə bu siyasəti davam etdirəcəyik. Türk dünyasının birliyi və ortaq idealı bizim üçün önəmlidir” - deyə o diqqət çəkib.

Nazir həmçinin Şərqi Aralıq dənizi və Egeydə Türkiyənin mövqeyini qoruyacağını bildirib.

Sonda, Ukrayna müharibəsi və Avropadakı təhlükəsizlik problemlərinə də toxunan Fidan, Prezident Ərdoğanın diplomatik təşəbbüslərinin əhəmiyyətini xüsusi vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice