BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA prezidenti Çeferini qəbul edib
AzerVoice xəbər verir ki, Ərdoğan, UEFA prezidenti Aleksander Çeferini qəbul edib. Görüş, Beşiktaşda təşkil edilən UEFA İstanbul Ofisinin açılış mərasimindən sonra baş tutub.
Qəbulda, Türkiyə Gənclər və İdman Naziri Osman Aşkın Bak, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu da iştirak edib.
Prezident Ərdoğan və UEFA prezidenti Aleksander Çeferin arasında keçirilən görüşdə, futbol və idman sahəsindəki əməkdaşlığın daha da gücləndirilməsi, xüsusilə UEFA İstanbul ofisinin fəaliyyətləri və gələcəkdəki idman layihələri müzakirə edilib.
UEFA-nın İstanbul ofisinin açılması, Türkiyənin idman sahəsində beynəlxalq mövqeyinin gücləndirilməsi və futbol üzrə daha geniş əməkdaşlıq üçün mühüm bir addım kimi qiymətləndirilib.