BAKI, AzerVoice
Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç, DEM Partiyasının nümayəndə heyətini Ədliyyə Nazirliyində qəbul edib.
AzerVoice xəbər verir ki,bu barədə Tunç görüşdən sonra rəsmi X hesabında paylaşım edərək müzakirələrin əsas məqamlarına toxunub.
Görüşdə DEM Partiyasından Gülistan Kılıç Koçyiğit, Sezai Temelli və Öztürk Türkdoğan iştirak edib.
O, paylaşımında "Terrorsuz Türkiyə" prosesi çərçivəsində fikir mübadiləsi aparıldığını bildirib.
Tunç, həmçinin görüş zamanı çəkilmiş bir fotoşəkili də paylaşaraq görüşün qarşılıqlı dialoq və əməkdaşlıq çərçivəsində keçdiyini vurğulayıb.
DEM Parti Grup Başkanvekilleri Gülistan Kılıç Koçyiğit ve Sezai Temelli, DEM Parti Eş Genel Başkan Yardımcısı Öztürk Türkdoğan’la Bakanlığımızda bir araya geldik.
— Yılmaz TUNÇ (@yilmaztunc) April 24, 2025
Görüşmede ‘Terörsüz Türkiye’ sürecine ilişkin değerlendirmelerde bulunduk. pic.twitter.com/NzkRgpUGs9