Əsas səhifə » İstanbulda 23 zəlzələ təxliyə zonası yaradılıb

İstanbulda 23 zəlzələ təxliyə zonası yaradılıb

BAKI, AzerVoice

İstanbulda gələcək zəlzələ ehtimalı üçün evakuasiya planı hazırlanıb, təxliyə ediləcək şəhərlər müəyyənləşdirilib.

AzerVoice xəbər verir ki, İstanbulda baş verə biləcək böyük zəlzələyə hazırlıq məqsədilə evakuasiya planı hazırlanıb.

Bu planda, zəlzələ qurbanlarının müvəqqəti məskunlaşacağı vilayətlər və təxliyə nöqtələri müəyyən edilib. Daxili İşlər Nazirliyinin rəhbərliyi altında hazırlanan plan 7,5 bal gücündəki zəlzələlərə qarşı tədbirlər daxilində geniş nəqliyyat şəbəkəsinin səfərbər edilməsi nəzərdə tutulub.

İstanbulda 23 təxliyə zonası yaradılacaq və evakuasiya dəniz, dəmir yolu və aviasiya yolları ilə təmin ediləcək. Ən prioritet sahələr arasında əlillər, qocalar, uşaqlar və qadınlar olacaq. Zəlzələdən sonra zərərçəkənlər müvəqqəti olaraq Balıkesir, Eskişehir, İzmir və digər vilayətlərə yönləndiriləcək. Ekspertlər, planların sınaqdan keçirilməsinin və vaxtaşırı yenilənməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, dünən İstanbulun Silivri rayonunda baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf rayonlarda da güclü şəkildə hiss olunub. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice