Əsas səhifə » Türkiyə süni intellekt modellərinin inkişafını sürətləndirir

Türkiyə süni intellekt modellərinin inkişafını sürətləndirir

BAKI, AzerVoice

Türkiyə, yerli və orijinal süni intellekt modellərinin inkişafını təmin edəcək

AzerVoice xəbər verir ki, Türkiyə Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kaçır, ölkənin süni intellekt sahəsindəki hədəfləri və bu sahədəki irəliləyişləri barədə açıqlamalar verib.

Kaçır, yaxın gələcəkdə türk məlumatları ilə zənginləşdirilmiş ilk əsas süni intellekt böyük dil modelinin istifadəyə veriləcəyini açıqlayaraq, "Yerli və orijinal süni intellekt modellərinin inkişafına yol açacaq tətbiqləri həyata keçirəcəyik" - deyə bildirib.

Nazir, Türkiyənin süni intellekt sahəsində ciddi irəliləyişlər əldə etdiyini, həmçinin texnoloji müharibələrdə ABŞ və Çindən geri qalmamağa çalışdıqlarını vurğulayıb. Ölkənin süni intellekt inqilabını ən yaxşı şəkildə qiymətləndirməsi üçün mütəşəkkil bir yanaşma ilə istehsal, təhsil və texnologiya infrastrukturunun formalaşdırılmasının vacib olduğunu qeyd edib.

Kaçır, TÜBİTAK tərəfindən dəstəklənən süni intellekt layihələrinə 25 milyard lirədən çox sərmayə yatırıldığını, həmçinin 2900-dən çox şirkətin süni intellekt sahəsində innovativ layihələr həyata keçirdiyini bildirib.

Nazir, Türkiyəni süni intellekt inqilabında lider ölkələrdən birinə çevirmək üçün ölkə daxilində bu sahədəki səyləri daha da sürətləndirəcəklərini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice