BAKI, AzerVoice
Türkiyə, Böyük Britaniya ilə Eurofighter Typhoon təyyarəsinin satışı ilə bağlı danışıqlar aparır
AzerVoicexəbər verir ki, Türkiyənin
Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Böyük
Britaniya ilə Eurofighter Typhoon təyyarələrinin satışı məsələsi
ilə bağlı danışıqlar davam edir.
Almaniya ilə bu mövzuda heç bir danışıqların aparılmadığı
bildirilib.
Böyük Britaniya tərəfi, Türkiyə ilə aparılan danışıqlarda heç bir mənfi məqamın olmadığını rəsmi olaraq təsdiqləyib. Həmçinin, Böyük Britaniya hökumətinin və istehsalçı şirkətin nümayəndələri ilə birgə planlaşdırıldığı kimi, prosesin məsuliyyətlə və düzgün şəkildə irəlilədiyi qeyd edilib.
Bu razılaşma, Türkiyənin hərbi texnologiyalarını inkişaf etdirmək və müasir döyüş təyyarələri ilə təmin etmək istiqamətindəki səylərinin bir hissəsi olaraq əhəmiyyət kəsb edir.