Əsas səhifə » Beş PKK-lı terrorçu İraqda təslim olub - Türkiyə MN

Beş PKK-lı terrorçu İraqda təslim olub - Türkiyə MN

BAKI, AzerVoice

İraqın şimalında aparılan əməliyyatlar nəticəsində daha beş PKK-lı terrorçu təslim olub.

AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sözçüsü Zeki Aktürk terrorla mübarizə və sərhəd təhlükəsizliyi sahəsində həyata keçirilən əməliyyatlar barədə ictimaiyyəti məlumatlandırıb.

Onun sözlərinə görə, bu şəxslərdən üçü təşkilatın dağdakı sığınacaqlarından qaçaraq, ikisi isə mağarada aparılan təslim ol çağırışına cavab verərək könüllü şəkildə təhlükəsizlik qüvvələrinə təslim olublar.

Aktürk qeyd edib ki, Pençe-Kilit əməliyyatı bölgəsində davam edən axtarış-tarama işləri zamanı terrorçulara aid sığınacaq və mağaralarda çox sayda silah-sursat aşkarlanaraq istifadəyə yararsız hala gətirilib.

Bildirilib ki, son bir həftədə ikisi terrorçu olmaqla, 97 nəfər sərhədi qanunsuz keçməyə çalışarkən saxlanılıb. Bundan əlavə, 1905 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. Beləliklə, 2025-ci ilin əvvəlindən bu günə qədər 1562 nəfər saxlanılıb, 25 min 614 nəfər isə sərhəddə dayandırılıb.

Nazirliyin açıqlamasında İsrailin Qəzzada həyata keçirdiyi hücumlara da toxunulub. Bildirilib ki, bölgədə humanitar yardımın fasiləsiz təmin edilməsi və daimi atəşkəsin dərhal tətbiqi zəruridir.

“Beynəlxalq ictimaiyyət İsrailin Fələstin, Suriya və Livana qarşı hücumlarına mane olmaq məsuliyyətini daşıyır” – deyə Aktürk vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice