BAKI,AzerVoice
İstanbulda baş verən 6,2 bal gücündəki zəlzələdən sonra ümumilikdə 266 afterşok qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Qeyd olunub ki, zəlzələ dünən saat 12:49-da Mərmərə dənizində, Silivri sahilləri yaxınlığında baş verib. 258-i 0-4, 7-si 4-5, 1-i isə 5-dən yuxarı olmaqla 266 afterşok olub.
AFAD mütəxəssisləri zəlzələ və ardınca baş verən afterşokların bölgədəki seysmik aktivliklə əlaqəli olduğunu bildirərək, vətəndaşlara ehtiyatlı olmağı tövsiyə ediblər.
Hazırda zərərin qiymətləndirilməsi və monitorinq işləri davam edir.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub.