BAKI, AzerVoice
PKK-nın silah qoyması və təşkilatın buraxılması istiqamətində aparılan danışıqlar çərçivəsində DEM Partiyasının rəhbərliyi bu gün Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç ilə görüş keçirəcək.
AzerVoice-un məlumatına görə, görüşdə DEM Partiyasının qrup sədr müavinləri Gülistan Koçyiğit və Sezai Temelli, həmçinin həmsədr müavini Öztürk Türkdoğan iştirak edəcək.
Görüş Türkiyə Ədliyyə Nazirliyinin binasında baş tutacaq.
Van millət vəkili Pervin Buldanın görüşə qatılmayacağı bildirilir. Eyni zamanda, İmralı heyətinin üzvü, İstanbul millət vəkili Sırrı Süreyya Önderin səhhətindəki problemlər səbəbilə xəstəxanada olduğu və görüşə qatıla bilməyəcəyi qeyd olunub.
Qeyd edək ki, sözügedən görüş əslində 18-də keçirilməli idi. Lakin İstanbul millət vəkili Sırrı Süreyya Öndərin səhhətində yaranan problem səbəbilə həmin tarixdə baş tutmayıb və görüş bu günə təxirə salınıb.