13
BAKI, AzerVoice
Türkiyənin Batman vilayətində silahının təsadüfən atəş alması nəticəsində ağır yaralanan, altı uşaq atası olan Jandarma Baş çavuşu şəhid olub.
AzerVoice xəbər verir ki, Baş çavuş aprelin 18-də Batman vilayətinin Beşiri rayonunda xidmət etdiyi hərbi hissənin texniki baxış sahəsində silah və avadanlıqların baxışı zamanı silahının təsadüfən atəş açması nəticəsində ağır yaralanıb. O, öncə Beşiri Dövlət Xəstəxanasına, ardından Batman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb və altı gün davam edən həyat mübarizəsinə baxmayaraq şəhid olub.