Əsas səhifə » İstanbuldakı zəlzələyə görə məscidlər və məktəb həyətləri istifadəyə verilib

İstanbuldakı zəlzələyə görə məscidlər və məktəb həyətləri istifadəyə verilib

BAKI, AzerVoice

İstanbulda baş verən zəlzələlər ilə bağlı gecəni evlərində keçirmək istəməyən vətəndaşlar üçün məktəb həyətləri, idman zalları və məscidlər istifadəyə verilib.

AzerVoice xəbər verir ki, bu haqda İstanbul Valiliyindən məlumat verilib.

“Zəlzələ qorxusu səbəbilə gecəni evlərində keçirmək istəməyən vətəndaşlarımız üçün məktəb həyətləri, idman zalları və məscidlərimiz istifadəyə verilmişdir. Bundan əlavə, məktəblərimizin tualetləri də ikinci göstərişə qədər vətəndaşlarımız üçün açıq qalacaq" - deyə məlumatda bildirilib.

"Qızıl Aypara və AFAD qurumları Türkiyə vətəndaşlarının əsas ehtiyaclarını qarşılamaq üçün bütün imkanlarını səfərbər edib” - deyə, Valilik əlavə edib.

Qeyd edək ki, bugün İstanbulun Silivri rayonunda baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf rayonlarda da güclü şəkildə hiss olunub. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice