Əsas səhifə » Ərdoğan zəlzələ ilə bağlı son durumu açıqlayıb

Ərdoğan zəlzələ ilə bağlı son durumu açıqlayıb

BAKI, AzerVoice

“Dövlətimizin bütün bölmələri hazırda ciddi həyəcan vəziyyətindədir”

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul və Marmara bölgəsində baş verən 6,2 bal gücündə zəlzələyə dair açıqlama verərək, bütün dövlət strukturlarının həyəcan vəziyyətinə keçirildiyini bildirib.

Beştepe Millət Sərgi Salonunda keçirilən TRT-nin 47-ci Beynəlxalq 23 Aprel Uşaq Festivalında çıxış edən Ərdoğan qeyd edib ki, AFAD və Səhiyyə Nazirliyi başda olmaqla axtarış və yoxlama işləri dəqiqliklə aparılır və proses şəxsən özü tərəfindən yaxından izlənilir.

“Əlhəmdulillah, hələlik heç bir ciddi problem görünmür. Allah ölkəmizi və millətimizi hər cür bəla və fəlakətlərdən qorusun” – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice