Əsas səhifə » İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib

İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib

BAKI, AzerVoice

İstanbul və ətraf vilayətlərdə 6,2 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ yerin 6,92 kilometr dərinliyində baş verib.

Hal hazırda dağıntı və tələfatla əlaqəli bir məlumat verilməyib.

Bildirilib ki, zəlzələ nəticəsində hələ ki, can itkisi qeydə alınmayıb. Lakin çaxnaşma səbəbilə hündürlükdən tullanaraq xəsarət alan 151 nəfərin müxtəlif xəstəxanalarda müalicəsi davam edir və onların həyati təhlükəsi yoxdur.

Qubernatorluğun verdiyi məlumata görə, zəlzələnin ardından enerji, içməli su, təbii qaz və kanalizasiya sistemlərində ümumi həyata təsir edəcək problem yaşanmayıb. Fatih rayonunda isə yaşayış binalarında heç bir dağıntı və insan itkisi qeydə alınmayı

Digər Kateqoriyalar

2025 © Azervoice