32
BAKI, AzerVoice
Silivridən sonra ikinci güclü təkan İstanbulda olub.
AzerVoice xəbər verir ki, bu gün
İstanbulda bir neçə dəqiqə arayla baş verən zəlzələlər şəhərdə və
ətraf əyalətlərdə ciddi narahatlıq yaradıb.
İlk olaraq Silivri sahillərində 3,9 bal gücündə zəlzələ qeydə
alınıb, ardınca isə 4 bal gücündə daha güclü ikinci zəlzələ baş
verib.
Zəlzələnin təxminən 10 saniyə davam etdiyi və şəhərin müxtəlif bölgələrində hiss edildiyi bildirilib.
Qeyd edək ki, AFAD-ın məlumatına əsasən, ilk zəlzələnin episentri Silivri sahillərində, 6,99 km dərinlikdə olub. Hər iki zəlzələ ətraf bölgələrdə də aydın şəkildə hiss olunub və əhalidə panika yaradıb.