Əsas səhifə » 23 Aprel bizim milli birliyimizin simvoludur - Yılmaz

23 Aprel bizim milli birliyimizin simvoludur - Yılmaz

BAKI, AzerVoice

“Qazi Məclisimiz Türk Əsri üçün mübarizəmizin ən möhkəm zəmanəti və ilham mənbəyidir.”

AzerVoice xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) 105-ci ildönümü münasibətilə yayımladığı mesajda Qazi Məclisin tarixi və simvolik əhəmiyyətini vurğulayıb.

Yılmaz qeyd edib ki, 1920-ci ilin 23 aprelində millətin iradəsi ilə qurulan TBMM həm Cümhuriyyətin, həm də demokratiyanın təməl daşı olub.

“Qazi Məclisimiz müstəqillik ruhu ilə qurulub və Milli Mübarizənin qərargahı kimi fəaliyyət göstərib. Bu gün isə Türk Əsri üçün apardığımız mübarizənin ən möhkəm təminatıdır və bizə daim ilham verir” - deyə o bildirib.

Vitse-prezident bu əlamətdar günü uşaqlara həsr edən Mustafa Kamal Atatürkü və qurucu millət vəkillərini dərin ehtiramla yad edərək, bütün uşaqları və milləti təbrik edib.

Qeyd edək ki, 23 Aprel 1920-ci il Türkiyənin suverenliyi və müstəqilliyi uğrunda mübarizənin rəsmi simvoluna çevrilmiş və bu gün həm də uşaqlar üçün bayram kimi qeyd olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice