Əsas səhifə » Türkiyə Silahlı Qüvvələrinin hərbiçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbiçisi şəhid olub

BAKI,AzerVoice

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 22 aprel-də Pəncə-Kilit əməliyyatı bölgəsində yaralanan Berat Mecit Dayın aparıldığı xəstəxanada şəhid olduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

"Pençe-Kilit əməliyyatı bölgəsində, 22 aprel tarixində terror təşkilatının üzvləri tərəfindən həyata keçirilən hücum nəticəsində ağır yaralanan igid silah yoldaşımız Berat Mecit Day, İşıqlı Səyyar Hərbi Xəstəxanada görülən bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməmiş və 23 aprel tarixində şəhid olmuşdur. Şəhidimizin ailəsinə, Türk Silahlı Qüvvələrinə və qəhrəman millətimizə başsağlığı və səbir diləyirik"- deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, terrorun məhv edilməsinə əsaslanan proaktiv təhlükəsizlik strategiyası çərçivəsində 27 may 2019-cu il tarixindən etibarən türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Pəncə seriyası əməliyyatları başladılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice