Əsas səhifə » Türk bayraqları Kapadokya səmasında dalğalanır

Türk bayraqları Kapadokya səmasında dalğalanır

BAKI, AzerVoice

Kapadokiya səmasında 23 Aprel bayramı - Hava şarlarında Türk bayraqları dalğalanır.

AzerVoice xəbər verir ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Kapadokiyada təşkil olunan hava şarı uçuşları zamanı səbətlərə Türkiyə bayraqları asılıb, səma bayram rənglərinə bürünüb.

Nevşehirin Göreme bölgəsində başlayan uçuşlar zamanı hava şarları pəri bacaları ilə məşhur olan Kılıçlar, Aşıklar və Güllüdərə vadilərinin üzərindən keçərək, turistlərə unudulmaz mənzərə təqdim edib. Təxminən bir saat davam edən uçuşlar boyu klassik avtomobillərlə bölgəyə gələn qonaqlar da bu anları fotolara həkk ediblər.

Qeyd edək ki, Kapadokiya təbii, tarixi və mədəni zənginlikləri ilə YUNESKO-nun Dünya İrs Siyahısında yer alır və hər il minlərlə turisti qəbul edir.

Digər Kateqoriyalar

2025 © Azervoice