Əsas səhifə » Türkiyədə ağıl yol qəzası baş verib

Türkiyədə ağıl yol qəzası baş verib

BAKI, AzerVoice

Türkiyənin Van vilayətində ağır yol qəzası baş verib.

AzerVoice xəbər verir ki, Van vilayətinin Gürpınar rayonunda sərnişin mikroavtobusu ilə yük maşını toqquşub.

Hadisə nəticəsində 6 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı dərhal bölgəyə çox sayda təcili tibbi yardım maşını göndərilib. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice