Əsas səhifə » Terrora qarşı birlik olmalıyıq - Bahçeli

Terrora qarşı birlik olmalıyıq - Bahçeli

BAKI, AzerVoice

Terörsüz Türkiye ideyası əsrin möcüzəvi irəliləyişidir.

AzerVoice xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, 23 Aprel münasibətilə yayımladığı bəyanatda Türkiyənin terrorla mübarizədə əldə etdiyi nailiyyətləri “bir əsrin möcüzəvi irəliləyişi” kimi dəyərləndirib.

Bahçeli bildirib ki, bölgədə gərginliyin artdığı və qlobal siyasi-iqtisadi qarışıqlığın hökm sürdüyü bir dövrdə, hər hansı xarici təzyiq olmadan, dövlət-millet həmrəyliyi ilə “terror olmadan Türkiyə” məqsədinə doğru atılan addımlar tarixi uğurdur. O, bu yolda milli birliyin qorunmasının və siyasətdə sağlam düşüncə ilə hərəkət etmənin vacibliyini vurğulayıb.

MHP lideri, eyni zamanda, CHP-yə və onun lideri Özgür Özəlin son açıqlamalarına sərt cavab verib, TBMM-də yaşanan hadisələri “milli iradəyə sui-qəsd” adlandırıb və CHP-li rəhbərlərin istefasını tələb edib.

Qeyd edək ki, Devlet Bahçeli çıxışında 23 Aprel – Türkiyə Böyük Millət Məclisinin 105-ci ildönümünü də xüsusi vurğulayaraq, bu günün yalnız tarixi yox, həm də milli birlik və gələcək nəsillər üçün bir yol xəritəsi olduğunu bildirib. O, həmçinin bütün dünya uşaqlarının 23 Aprel Ulusal Egemenlik ve Çocuk Bayramını təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice