Əsas səhifə » Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

İzmir şəhərində terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı 13 nəfər şübhəli şəxs saxlanılıb.

AzerVoice xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun Terrorla Mübarizə İdarəsinin apardığı istintaq çərçivəsində münaqişə bölgələri ilə əlaqəsi olan, sosial şəbəkələr vasitəsilə İŞİD-in təbliğatını aparan və təşkilata maliyyə dəstəyi göstərən 12-si suriyalı olmaqla ümumilikdə 15 nəfər barəsində həbs qərarı verilib.

Polis tərəfindən müəyyən edilmiş ünvanlara eyni vaxtda keçirilən əməliyyatlarda 13 şübhəli saxlanılıb.

Əməliyyat zamanı aparılan axtarışlarda 1 milyon 361 min lirə nağd pul, müəyyən miqdarda qızıl və rəqəmsal materiallar ələ keçirilib.

Qalan iki şübhəlinin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice