BAKI, AzerVoice
Türkiyənin Ticarət naziri Ömər Bolat Yaponiyaya rəsmi səfərə gedib.
AzerVoice xəbər verir ki, Ömər Bolat
iqtisadi və ticari əlaqələri inkişaf etdirmək məqsədilə Yaponiyaya
iki günlük rəsmi səfərə başlayıb.
Səfər çərçivəsində nazir rəsmi və özəl sektor nümayəndələri ilə bir
sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Səfərin ilk günü Bolat Osaka EXPO 2025 üçün Türkiyə pavilyonunun rəsmi açılış mərasimində iştirak edəcək və EXPO rəhbərliyi ilə görüşəcək. Türkiyənin “Sivilizasiyaların Qızıl Çağı” mövzusu ilə qatıldığı EXPO sərgisində 900 kvadratmetrlik pavilyonda ölkənin mədəni irsi və texnoloji baxışı nümayiş etdiriləcək.
Səfərin ikinci günü Bolat Tokioda Yaponiya hökumət nümayəndələri – ticarət, nəqliyyat, infrastruktur və kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirəcək. O, həmçinin Türkiyə-Yaponiya CEO Dəyirmi Masa Toplantısında iştirak edəcək və JETRO rəhbəri ilə bir araya gələcək.
Bolat Yaponiya şirkətlərini yaşıl enerji, rəqəmsal iqtisadiyyat, elektrik nəqliyyatı, maliyyə texnologiyaları və ağıllı şəhərlər kimi sahələrdə strateji investisiyalara dəvət edəcək.
Qeyd edək ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 5,4 milyard dollar təşkil edib. Türkiyə bu balanssızlığı aradan qaldırmaq və iqtisadi əlaqələri daha ədalətli səviyyəyə çatdırmaq üçün İqtisadi Tərəfdaşlıq Sazişinin danışıqlarını sürətləndirməyi hədəfləyir. Səfərin, həmçinin üçüncü ölkələrdə birgə layihələr və yenidənqurma təşəbbüsləri üzrə əməkdaşlığı da gücləndirəcəyi gözlənilir.