BAKI, AzerVoice
Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek, ABŞ-da keçirilən G20, Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının Bahar toplantıları çərçivəsində səfər etdiyi Nyu-York şəhərində beynəlxalq maliyyə çevrələrinin diqqət mərkəzində olub.
AzerVoice xəbər verir ki, Şimşek, Türkiyə–ABŞ Biznes Şurası və Citi Group tərəfindən təşkil olunan geniştərkibli investor toplantısında çıxış edib. Görüşdə ümumi aktiv həcmi 4 trilyon dolları aşan 25-dən çox maliyyə qurumunun yüksək səviyyəli nümayəndələri iştirak edib.
Nazirə səfərdə Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan da müşayiət edib.
Şimşek, həmçinin dünyanın aparıcı üç reytinq agentliyinin rəhbərləri ilə ayrıca görüşlər keçirərək Türkiyənin iqtisadi perspektivləri, maliyyə siyasətləri və struktur islahatları barədə fikir mübadiləsi aparıb.
Nazir Citi Group İdarə Heyətinin sədri John Dugan ilə də ayrıca görüş keçirib.
Türkiyə nümayəndə heyətinin növbəti dayanacağı Vaşinqton olacaq. Burada Şimşek, ABŞ rəsmiləri və beynəlxalq iqtisadi təşkilatlarla görüşlərini davam etdirəcək.